Xəbərlər


Saley qardaşları Haaqada 9 medal qazandılar

Hollandiyanın Haaqa şəhərində keçirilən paralimpiyaçılar arasında üzgüçülük üzrə Qran-pri yarışlarına yekun vurulub.

"Neftçi İdman Klubu”nun paralimpiyaçıları 5-i qızıl, 4-ü gümüş olmaqla turnirin 9 medalına yiyələniblər. 50 metrə sərbəst üsulla üzmə yarışında Roman Saley 24.74 nəticə ilə gümüş, Dmitriy Saley isə 24.42 nəticə göstərərək qızıl medal əldə edib. 100 metr məsafəyə baterflay üsulu ilə yarışda Dmitriy Saley 58.07 nəticə ilə qızıl, Roman Saley isə 59.02 nəticə ilə gümüş medala layiq görülüb. 200 metrə kompleks üsulla üzmədə Dmitriy Saley 2:15.70 nəticə göstərərək qızıl, arxası üstə üsulda Roman Saley 1:02.33 nəticə ilə gümüş medala sahib olublar. Dmitriy Saley 100 metr məsafənin sərbəst üsulla qətində qızıl, Roman Saley gümüş, eyni növdə 400 məsafəyə üzmədə isə Roman Saley qızıl medal qazanıb.