Xəbərlər


“Qaradağ Lökbatan”dan böyükhesablı qələbə

Futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda XV turun oyunları keçirilib.

"Qaradağ Lökbatan” komandası bu tur çərçivəsində Mingəçevirin "Energetik” klubunu qəbul edib. Matç əvvəldən axıra qədər komandamızın aşkar üstünlüyü şəraitində keçib. Oyunboyu rəqiblərini öz diqtəsi altında saxlayan Əfqan Talıbovun yetirmələri gözəl oyun nümayiş etdirərək "Energetik”i darmadağın ediblər. Belə ki, qarşılaşma "Qaradağ Lökbatan”ın 7:0 hesablı qələbəsi ilə başa çatıb. Topları rəqib qapısından Aydın Mustafazadə (6), Emin Mustafayev (39, 66), Raul Yaqubzadə (47), Rüfət Məmmədov (61, 88) və Timur Dadaşov (78) keçiriblər.

Bununla da komandamız xallarının sayını 35-ə çatdırıb və turnir cədvəlində qərarlaşdığı 2-ci pillədə bir qədər də möhkəmlənib.