Xəbərlər


Samboçularımız ölkə çempionatında 37 medal qazandılar

Fevralın 17-də Şağan Olimpiya İdman Kompleksində startı verilmiş sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında Azərbaycan çempionatına yekun vurulub. Yarışa paytaxt və bölgələrdən 500-ə yaxın samboçu qatılıb.

"Neftçi İdman Klubu”nun yetirmələri bütün yaş qrupları üzrə aşkar üstünlükləri ilə seçiliblər. Elə bunun nəticəsidir ki, böyük əzmlə çalışan samboçularımız ümumilikdə ölkə birinciliyinin 37 medalına (14 qızıl, 9 gümüş və 14 bürünc) sahib olublar. Yeniyetmələr arasında Sabir Ağayev (48 kq), Bahadur Əkbərov (65 kq), Əli Nəzərli (75 kq), Hüseynəli İsgəndərli (81 kq) və Sənan Hüseynov (87 kq) bütün görüşləri qələbə ilə başa vuraraq yarışın qalibi adını qazanıblar. Gənclərdən Eyvaz Baxşıyev (52 kq), Fərid Qardaşxanov (57 kq), Tural Allahverdiyev (62 kq), Elton Quliyev (68 kq), Aslan Mirzəyev (90 kq), kişilər arasında isə Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Heydər Həşimov (62 kq) və Kamran Əsgərov (68 kq) eyni uğura imza atıblar.