Xəbərlər


Neftçi İdman Klubunun boksçusu 1/4 finalda

Bu gün Bakı-2015 Avropa Oyunlarında boks yarışlarının 1/8 finalında, 69 kq çəki dərəcəsində "Neftçi İdman Klubu"nun yetirməsi Pərviz Bağırov rinqə çıxıb.
 
Mübarizəyə bu gündən qoşulan Pərviz Bağırov 1/8 finalda əvvəlki döyüşündə Anas Messaudini məğlub edən moldovalı Vasili Belusla qarşılaşıb. 21 yaşlı idmançımız debütdəcə yarışa yaxşı hazırlaşdığını nümayiş etdirib. Avropa çempionumuz London-2012-nin iştirakçısı olmuş rəqibinə çətin anlar yaşadaraq, hər 3 raundu öz xeyrinə bitirib - 3:0 (30:27; 20:27; 30:27). 
 
Bağırov 1/4 finalda Abass Baraou (Almaniya) ilə döyüşəcək. Görüş iyunun 23-də saat 21:15-ə təsadüf edəcək.