Xəbərlər


Güləş üzrə respublika birinciliyinə yekun vurulub

"Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi sona catıb. Yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə 132 gənc pəhləvan qüvvəsini sınayıb.

Klubumuzun yunan-Roma güləşçilərindən 9-u ölkə birinciliyinin mükafatına sahib olub. Onlardan Seymur Hüseynov (50 kq), Rasim Əliyev (55 kq), Zubair Dibirov (74 kq) və Elton Vəzirzadə (84 kq) bütün rəqiblərini məğlub edərək çempionluğu bayram ediblər. Mehrac Kərimov (74 kq) gümüş, Elşad Məmmədov, Ziyad Zeynalov (hər ikisi 50 kq), Arif Niftullayev (84 kq) və Aslan Talıbov (125 kq) isə bürünc medala layiq görülüblər.