Xəbərlər


Taekvondoçumuz Ayxan Tağızadə ilk Avropa oyunlarının qızıl medalına sahib oldu

"Neftçi İdman Klubu"nun taekvondoçusu Ayxan Tağızadə ilk Avropa oyunlarının qızıl medalına sahib oldu. 

Təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib - 11:3. Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. "Neftçi İdman Klubu"nun üzvü olimpiya çempionunu 7:5 hesabı ilə məğlub edərək yarımfinala çıxıb.

Finalda idmançımız polşalı Karol Robakla üz-üzə gəlib. Ayxan Tağızadə əlavə vaxtı rəqibini məğlub edərək qızıl medala sahib oldu.