Xəbərlər


Taekvondoçularımızın böyük uğuru

"Neftçi İdman Klubu”nun taekvondoçuları Türkiyədə keçirilən yarışlarda uğurlarını davam etdirirlər. "Turkish Open” beynəlxalq turnirinin ardından 4-cü klublararası Avropa çempionatında ölkəmizi təmsil edən idmançılarımız yarışın ilk günündə 3 medala yiyələniblər. Taekvondoçularımızdan Zəlimxan Rəşidov (58 kq) qitə çempionatının qızıl medalını qazanıb. Birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) və Namaz Heydərov (74 kq) isə gümüş medala sahib olublar.

Xatırladaq ki, bundan öncə Türkiyə Taekvondo Federasiyası tərəfindən təşkil olunan "Turkish Open” beynəlxalq turnirində klubun yetirmələri daha 2 medal qazanmışdılar.