Xəbərlər


Taekvondoçularımız Antalyada 2 medala sahib oldular

Türkiyənin Antalya şəhərində Türkiyə Taekvondo Federasiyası tərəfindən təşkil edilən və sayca 3-cü olan G1 kateqoriyalı "TURKİSH OPEN” beynəlxalq turniri davam edir.

"Neftçi İdman Klubu”nun gənclərdən ibarət yığmanın heyətində yer almış taekvondoçusu Əliəsgər Əliyev (68 kq) medala sahib olub. O, yalnız yarımfinalda məğlub olaraq turnirin bürünc medalına layiq görülüb. Böyüklər arasında isə eyni uğuru Məmmədalı Quliyev (58 kq) təkrarlayıb.