Xəbərlər


Qadın güləşçimiz Kiyevdə medal qazandı

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən qadın güləşi üzrə yığma komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc medala yiyələniblər.

"Neftçi İdman Klubu”nun təmsilçisi, 55 kq çəki dərəcəsində mübarizə aparan Almaz İsmayılova yığmamıza bürünc medal qazandırıb.