Xəbərlər


Boksçularımız respublika birinciliyində

Azərbaycan Boks Mərkəzində keçirilən respublika birinciliyinə yekun vurulub. Gənc boksçular arasında təşkil olunan yarışda 10 çəki dərəcəsi üzrə 183 dəri əlcək ustası mübarizə aparıb.

Klubumuzun yetirmələrindən 49 kq-da çıxış edən Rəşid Hüseynov yalnız final görüşündə məğlub olub və gümüş medala layiq görülüb. İsmət Əbdülrəhmanov (49 kq) və Elturan Babayev (+91 kq) isə ölkə birinciliyinin bürünc medallarını əldə ediblər.