Xəbərlər


Klubumuzun cüdoçuları İspaniyada 2 medal qazandılar

İspaniyanın Fuenxirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku keçirilib.

Azərbaycan yığma komandası mötəbər yarışda böyük uğura imza atıb. Belə ki, yeniyetmə cüdoçularımız gərgin mübarizə şəraitində keçən Avropa kubokunda 10 medal (5 qızıl, 1 gümüş, 4 bürünc) qazanıblar və ümumi komanda hesabında 1-ci yeri tutublar.

"Neftçi İdman Klubu”nun yığma komandanın heyətində təmsil olunan cüdoçularından ikisi mükafatçılar sırasına düşməyə müvəffəq olub. Onlardan 81 kq çəki dərəcəsində mübarizə aparan Arif Qasımov bütün rəqiblərini məğlubiyyətə uğradaraq Avropa kubokunun qızıl medalına sahib olub. Klubun digər yeniyetmə idmançısı Murad Fətiyev (66 kq) isə yarışı 3-cü yerdə başa vurub.