Xəbərlər


Cüdo üzrə gənclərin Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında cüdo üzrə gənclərin respublika birinciliyinə start verilib.

İki gün davam edəcək yarışda oğlanlar arasında 55, 66 və 81 kq, qızlar arasında isə bütün çəki dərəcələrində qaliblər müəyyənləşib.

"Neftçi İdman Klubu”nun cüdoçuları ölkə birinciliyinin ilk günündə 5 qızıl, 6 gümüş və 5 bürünc medal qazanıblar. İdmançılarımızdan İlkin Babazadə (66 kq), Şəhla Babayeva (48 kq), Fəridə Səfərova (52 kq), Validə Mirzəzadə (63 kq) və Nigar Cəfərova (+78 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, fevralın 13-də Azərbaycan birinciliyinə yekun vurulacaq.