Xəbərlər


Yeniyetmə cüdoçuların respublika birinciliyinə yekun vurulub

Fevralın 9-da Bakı İdman Sarayında startı verilmiş cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda paytaxt və bölgələrdən 24 komandanın tərkibində 328 cüdoçu qalib adı uğrunda mübarizəyə qoşulub. Sonuncu gün tatami üzərinə 38, 50, 66 və +66 çəki dərəcələrində mübarizə aparan idmançılar çıxıblar.

"Neftçi İdman Klubu”nun ölkə birinciliyinə qatılmış yeniyetmələri yarışın sonuncu günündə daha bir medala sahib olublar. 38 kq çəki dərəcəsində çıxış edən Şükran Zamanlı respublika birinciliyinin bürünc medalına yiyələnib.

Xatırladaq ki, yarışın ilk iki günündə klubun təmsilçilərindən Əsmər İsgəndərova (52 kq) qızıl, Aynur Məmmədova (52 kq), Telli Əliyeva (57 kq) və Nihad Adıgözəlli (46 kq) isə bürünc medala layiq görülmüşdülər.

Yeniyetmə cüdoçuların respublika birinciliyinə yekun vurulub