Xəbərlər


“Qaradağ Lökbatan” növbəti yoldaşlıq görüşü keçirdi

"Qaradağ Lökbatan” komandası təlim-məşq toplanışını davam etdirir. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında təşkil olunan toplantı ikinci dövrəyə hazırlıq məqsədi daşıyır. Futbolçularımız təlim-məşq toplanışı ilə bərabər, bir neçə yoldaşlıq oyunu da keçirib.

Bu gün komandamız Lökbatanda növbəti yoxlama oyunu çərçivəsində Birinci Divizionda mübarizə aparan "Şərurspor”u qəbul edib. "Qaradağ Lökbatan”ın üstünlüyü ilə keçən qarşılaşmadan futbolçularımız 4:1 hesablı qələbə ilə ayrılıblar. Komandamızın qollarını Sabir Allahquliyev, Elvin İsmayılov, Əliağa Xudiyev və Rauf Yaqubzadə vurub.

Xatırladaq ki, bugünlərdə "Qaradağ Lökbatan” daha iki yoldaşlıq görüşündə qüvvəsini yoxlamışdı. Bu qarşılaşmalarda komandamız "Bakılı”nı 1:0, 19 yaşlılardan ibarət yığmanı isə 2:0 hesabı ilə məğlub etmişdi.

“Qaradağ Lökbatan” növbəti yoldaşlıq görüşü keçirdi“Qaradağ Lökbatan” növbəti yoldaşlıq görüşü keçirdi“Qaradağ Lökbatan” növbəti yoldaşlıq görüşü keçirdi“Qaradağ Lökbatan” növbəti yoldaşlıq görüşü keçirdi
“Qaradağ Lökbatan” növbəti yoldaşlıq görüşü keçirdi
“Qaradağ Lökbatan” növbəti yoldaşlıq görüşü keçirdi