Xəbərlər


Elmar Qasımov dünya reytinqində liderliyini qoruyub

Beynəlxalq Cüdo Federasiyası Parisdə keçirilmiş "Böyük dəbilqə” turnirindən sonra yeni reytinq siyahısını açıqlayıb.

"Neftçi İdman Klubu”nun cüdoçusu Elmar Qasımov 100 kiloqramadək çəki dərəcəsinin ilk pilləsində qərarlaşıb. Klubun digər yetirmələri Rüstəm Orucov (73 kq) 2-ci, Orxan Səfərov (60 kq) 3-cü, Nicat Şıxəlizadə (66 kq) 7-ci, Elxan Məmmədov (100 kq) 12-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 13-cü sıradadır. "Böyük dəbilqə”nin gümüş medalını qazanan İlqar Müşkiyev (60 kq) isə reytinq cədvəlinin 14-cü pilləsinə yüksəlib.