Xəbərlər


Cüdo üzrə respublika birinciliyi start götürüb

Bakı İdman Sarayında cüdo üzrə kiçik yaşlı yeniyetmələr (U-15) arasında Azərbaycan birinciliyinə start verilib. Yarışda artıq 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Oğlanlar 30, 42, 55 kq, qızlar isə 28, 32, 36, 40, 44, 48, 52, 57, 63 və +63 kq çəkidə qüvvələrini sınayıblar.

"Neftçi İdman Klubu”nun bu çəki dərəcələri üzrə mübarizə aparmış cüdoçularından Vaqif Tarverdiyev (55 kq) bürünc medala layiq görülüb. Qızlar arasında isə Əsmər İsgəndərova (52 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionluğuna yüksəlib. Aynur Məmmədova (52 kq) və Telli Əliyeva (57 kq) isə fəxri kürsünün 3-cü pilləsində yer alıblar.