Xəbərlər


Güllə atıcılarımız Bakı birinciliyində

Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə keçirilən paytaxt birinciliyi sona çatıb. Yeniyetmələr və gənclər arasında təşkil olunan yarış gərgin mübarizə şəraitində keçib.

"Neftçi İdman Klubu” Bakı birinciliyində 11 yetirməsi ilə təmsil olunub. Oğlanlar arasında keçirilən pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında Elvin Astanov 555 xal toplayaraq gümüş medal qazanıb. Vüsal Hüseynli isə 525 xalla 3-cü yeri tutub. Zərif cinsin nümayəndələri arasında eyni növdə və eyni məsafə üzrə təşkil olunan yarışda Leyla Mirzəzadə 367 xallıq nəticə ilə paytaxt çempionu olub. Digər xanım idmançımız Zeynəb Abbasova isə 357 xal toplayıb və bürünc medala yiyələnib.

Güllə atıcılarımız Bakı birinciliyindəGüllə atıcılarımız Bakı birinciliyində