Xəbərlər

İlqar Müşkiyev “Böyük dəbilqə”də gümüş medala sahib oldu

Fevralın 6-da Fransanın paytaxtı Parisdə startı verilmiş cüdo üzrə "Böyük dəbilqə” turniri başa çatıb. 93 ölkədən 583 idmançının qatıldığı yarışda 370 kişi və 213 qadın cüdoçu mübarizə aparıb.

Azərbaycan milli komandası bu mötəbər turnirə 11 nəfərlik heyətlə qatılıb. Peter Zayzenbaherin yetirmələri "Böyük dəbilqə”dən bir gümüş medalla ayrılıblar.

Yeganə medalı ölkəmizə "Neftçi İdman Klubu”nun yetirməsi İlqar Müşkiyev qazandırıb. 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finala qədər maneəsiz irəliləyib. Bu yolda o, qırğızıstanlı Argen Bakıtbek, perulu Juan Postiqos, tatami sahibi Vinsent Limare, Koreya təmsilçisi Von Jin Kim və Özbəkistan idmançısı Şarafuddin Lütfillayev üzərində parlaq qələbə qazanıb. Lakin finalda Yaponiyadan olan güclü rəqibi Toru Şişimeyə məğlub olan İlqar Müşkiyev "Böyük dəbilqə” turnirinin gümüş medalına layiq görülüb.

Klubun digər cüdoçuları Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) isə yarışı müvafiq olaraq 5-ci və 7-ci pillələrdə tamamlayıblar.

İlqar Müşkiyev “Böyük dəbilqə”də gümüş medala sahib olduİlqar Müşkiyev “Böyük dəbilqə”də gümüş medala sahib olduİlqar Müşkiyev “Böyük dəbilqə”də gümüş medala sahib olduİlqar Müşkiyev “Böyük dəbilqə”də gümüş medala sahib oldu