Xəbərlər


İdmançılarımız Ryazanda

Rusiyanın Ryazan şəhərində yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

"Neftçi İdman Klubu”nun yetirmələri də yarışda öz bacarıqlarını nümayiş etdiriblər. Yeniyetmə güləşçilərimiz turnirin 1 qızıl, 1 gümüş və 1 bürünc medalına sahib olublar. Pəhləvanlarımızdan 42 kq çəkidə çıxış edən Hüseyn Hüseynov rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Murad Abbasov (55 kq) gümüş medal əldə edib. Digər güləşçimiz Ramin Zeynalov (58 kq) isə yarışı 3-cü pillədə tamamlayıb.