Xəbərlər


Paralimpiyaçımız dünya kubokundan gümüş medalla döndü

"Neftçi İdman Klubu”nun paralimpiyaçısı Yelena Taranova Dubayda keçirilən güllə atıcılığı üzrə dünya kubokundan medalla ayrılıb. Təmsilçimiz pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında uğurlu çıxışı ilə yadda qalıb və gümüş medala layiq görülüb. O, eyni növdə 25 metrdə 5-ci, 50 metr məsafədə isə 4-cü pillədə qərarlaşıb.