Xəbərlər


Güləşçilərimiz komanda hesabında liderliyə yüksəldilər

Fevralın 3-də Hövsan Olimpiya İdman Kompleksində start götürmüş yunan-Roma güləşi üzrə Bakı birinciliyinə yekun vurulub. Yeniyetmələr arasında keçirilən yarışda 120-dən artıq idmançı gücünü sınayıb.

Klubumuzun güləşçiləri paytaxt birinciliyində aşkar üstünlükləri ilə fərqləniblər. Gənc pəhləvanlarımız 5-i qızıl, 2-si gümüş, 4-ü bürünc olmaqla, yarışın 11 medalını qazanıblar və komanda hesabında 1-ci yerə çıxıblar. Onlardan Ziya Zeynalov, Seymur Hüseynov, Elvin Namazlı, Mehrac Kərimov və Arif Niftullayev bütün rəqiblərindən üstün olublar və çempion adını qazanıblar.