Xəbərlər


Hacı Əliyev dünya reytinqində birincidir

Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Yeni reytinq cədvəlini "Neftçi İdman Klubu”nun güləşçiləri üçün uğurlu saymaq olar. Təmsilçilərimizdən ən yaxşı göstərici ötən ilki dünya çempionatında ikinci çempionluğunu qazanan Hacı Əliyevdədir (61 kq). O, öz çəkisində yenə də birincidir. Klubun digər yetirməsi, Olimpiya çempionu Toğrul Əsgərovun (65 kq) da cədvəldəki mövqeyində dəyişiklik baş verməyib. Güləşçimiz 4-cü sıradakı yerini bir qədər də möhkəmləndirib.