Xəbərlər


Güləşçimiz İstanbulda medal qazandı

İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq turnir keçirilib. Yarışda 13 ölkədən 300-ə yaxın pəhləvan qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Kərim Cəfərov (59 kq) üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Arsen Yeraliyevi məğlub edərək bürünc medala sahib olub. Digər idmançımız Orxan Nuriyev (98 kq) isə bürünc medal uğrunda mübarizədə məğlubiyyətə uğrayıb və turniri 5-ci pillədə başa vurub.