Xəbərlər


Cüdo üzrə Avropa kubokuna yekun vurulub

Yanvarın 30-da Bolqarıstanın paytaxtı Sofiyada startı verilmiş cüdo üzrə Avropa kuboku yarışları başa çatıb. Turnirdə 58 ölkədən 435 idmançı (268 kişi, 167 qadın) qalib adı uğrunda mübarizə aparıb.

Bu ilin avqust ayında Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə cüdo üzrə Azərbaycan milli komandası 23 idmançı (19 kişi, 4 qadın) ilə təmsil olunub. Mötəbər yarış ölkəmizin cüdoçuları üçün uğurlu alınıb. Millimiz Avropa kuboku yarışlarının 1 qızıl (Elbrus Zamanov) və 2 bürünc medalını (İlkin Babazadə, Tural Səfquliyev) qazanıb.

Sevindirici haldır ki, bürünc medal qazanmış hər iki idmançı "Neftçi İdman Klubu”nun yetirmələridir. 66 kq çəki dərəcəsində mübarizə aparan İlkin Babazadə ardıcıl olaraq macarıstanlı Bensa Zambori, Sloveniya təmsilçisi Rok Plesnik və gürcüstanlı Mindia Liluaşvili üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə Belarus idmançısı Dmitriy Şerşana məğlub olan Babazadə, bürünc medal uğrunda görüşdə daha bir gürcüstanlı cüdoçu Qela Kelixaşviliyə qalib gəlib və yarışı 3-cü yerdə başa vurub.

Klubun digər cüdoçusu Tural Səfquliyev yarımfinala gedən yolda rusiyalı Rüstəm Əmirmetov, hollandiyalı Miçel Verhagen və gürcüstanlı Tornike Juqeliyə qalib gəlib. O, yarımfinalda belaruslu İlhar Zhukauya məğlub olsa da, Hollandiya təmsilçisi Daks Beysbruk üzərində qələbə qazanaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, "Neftçi İdman Klubu”nun baş meneceri, beynəlxalq dərəcəli hakim Elmar Babanlı Avropa kuboku yarışlarına ədalət təmsilçisi qismində qatılıb və bir neçə görüşü yüksək səviyyədə idarə edib.

Cüdo üzrə Avropa kubokuna yekun vurulubCüdo üzrə Avropa kubokuna yekun vurulubCüdo üzrə Avropa kubokuna yekun vurulubCüdo üzrə Avropa kubokuna yekun vurulub
Cüdo üzrə Avropa kubokuna yekun vurulub
Cüdo üzrə Avropa kubokuna yekun vurulub
Cüdo üzrə Avropa kubokuna yekun vurulub
Cüdo üzrə Avropa kubokuna yekun vurulub
Cüdo üzrə Avropa kubokuna yekun vurulub