Xəbərlər


Neftçi İdman Klubundan Avropa Oyunlarına dəstək

Bu gün Bakı-2015 I Avropa Oyunlarının təntənəli açılış mərasimi olacaq. Bakı Olimpiya stadionunda baş tutacaq möhtəşəm tədbirdə komandaların paradı zamanı Azərbaycan bayrağını "Neftçi İdman Klubu"nun idmançısı Elmar Qasımov daşıyacaq.
Bu oyunlarda 79 idmançı ilə təmsil olunacaq "Neftçi İdman Klubu" azarkeşlərinə özünün xüsusi hazırlanmış formalarını təqdim edib. Ayrıca forma ilə təmin olunmuş həmin azarkeşlər klubun yarışlarda mübarizə aparacaq idmançılarını böyük alqış sədaları altında dəstəkləyəcək və qələbəyə ruhlandıracaqlar.
İlk Avropa Oyunlarında iştirak edəcək bütün idmançılarımıza uğurlar diləyir və möhtəşəm qələbə qazanaraq xalqımıza sevinc bəxş etmələrini arzu edirik.