Xəbərlər


Pankrationçularımız 17 medal qazandılar

Hövsan Olimpiya İdman Kompleksində pankration, qraplinq və MMA üzrə açıq Bakı çempionatı keçirilib. Gərgin mübarizə şəraitində keçən yarışda paytaxt və bölgələrdən 300-dən çox idmançı qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun yetirmələri 5-i qızıl, 6-sı gümüş və 6-sı bürünc olmaqla, çempionatın 17 medalına sahib olublar. Pankrationçularımızdan Murad Zülfüqarov (46 kq), Elçin Vəliyev (55 kq) və Ceyhun Qurbanov (62 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq yarışın qalibi adını qazanıblar. MMA idman növündə isə Emin Səmədov (77 kq) və Mukayət Pirqaibov (105 kq) paytaxt çempionluğuna sevinənlər arasında yer alıblar.

Pankrationçularımız 17 medal qazandılarPankrationçularımız 17 medal qazandılarPankrationçularımız 17 medal qazandılar