Xəbərlər


Atletlərimizin uğurlu nəticələri

Azərbaycan Atletika Federasiyasının kuboku uğrunda yarışlar keçirilib.

Respublika Olimpiya Mərkəzində təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun atletləri də bacarıqlarını nümayiş etdiriblər. Rəqiblərindən aşkar üstünlükləri ilə seçilən təmsilçilərimiz 5 qızıl və 1 gümüş medala sahib çıxıblar. Klubun yetirmələrindən Valentin Bulıçev 60 metr məsafəyə qaçışda liderliyə yüksəlib. Arif Abbasov 400, Hakim İbrahimov isə 800 metrin qətində eyni uğura imza atıb. Digər atletimiz Elmir Cəbrayılov 400 metr məsafədə gümüş medala layiq görülüb. Xanım idmançılar arasında təşkil olunan yarışda klubun yetirməsi Zəkiyyə Həsənova 60 və 400 metr məsafələrə qaçışda qızıl medallara yiyələnib.

Qeyd edək ki, Hakim İbrahimov Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində Olimpiya çempionu Olqa Rıpakovanın mükafatı uğrunda keçirilən beynəlxalq turnirdə də qüvvəsini sınamış və yüksək nailiyyət qazanmışdı. O, 800 metr məsafənin qətində 1 dəqiqə 54.89 saniyəlik nəticə ilə bütün rəqiblərini üstələmiş və qızıl medala layiq görülmüşdü.

Atletlərimizin uğurlu nəticələriAtletlərimizin uğurlu nəticələriAtletlərimizin uğurlu nəticələri