Xəbərlər


Milli Olimpiya Komitəsində Elmar Qasımova Azərbaycan bayrağı təqdim olundu

Milli Olimpiya Komitəsində "Bakı 2015" I Avopa Oyunlarının bayraqdarına Azərbaycan bayrağının təqdimetmə mərasimi keçirilib. Tədbirdə olimpiya çempionları Nazim Hüseynov, Namiq Abdullayev və Fərid Mansurov çıxış edərək, əvvəlki Yay Olimpiya Oyunlarında Azərbaycan bayrağını daşıma şərəfinə nail olduqlarını xatırladıblar.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun çıxışlarından sonra yeni bayraqdarın adı açıqlanıb. Bu, cüdo üzrə 2015-ci ildə keçirilmiş bütün mötəbər yarışlarda qızıl medal qazanmış, "Neftçi İdman Klubu"nun üzvü Elmar Qasımovdur. E.Qasımova Azərbaycan himninin sədaları altında bayraq təqdim olunub. Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, "Neftçi İdman Klubu"nun idarə aparatının rəhbəri Sadıq Sadıqov cüdoçumuzu təbrik edərək ona və diğər idmançılarımıza Avropa Oyunlarında uğurlar arzulayıb. E.Qasımov bayrağı Atletlər Kəndinə aparıb.

Qeyd edək ki, Azərbaycan yığmasının bayraqdarı iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək I Avropa Oyunlarının Açılış Mərasimində bayrağı daşıyacaq.