Xəbərlər


Şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaq!

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin 26-cı ildönümüdür. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. 26 il əvvəl, yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusu vəhşicəsinə hücuma keçib, atəş açıb. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 137 mülki vətəndaş öldürülüb, 744 adam yaralanıb.

Azərbaycanın azadlığı və bütövlüyü uğrunda həlak olanların xatirəsi hər zaman əziz tutulacaq!