Xəbərlər


Gənc cüdoçuların paytaxt birinciliyinə yekun vurulub

Şağan Olimpiya İdman Kompleksində keçirilən gənc cüdoçuların açıq Bakı birinciliyi sona çatıb. İki gün davam edən yarışda paytaxt və bölgələrdən olan komandaların heyətində 200-ə qədər idmançı qalib adı uğrunda mübarizə aparıb. Oğlanlar 55, 60, 66, 73, 81, 90, 100 və +100, qızlar isə 57, 70, 78 və +78 kq çəki dərəcələrində qüvvələrini sınayıblar.

"Neftçi İdman Klubu”nun gənc cüdoçularından Fərid Qardaşxanov (60 kq) və Aslan Mirzəyev (90 kq) bütün görüşləri qələbə ilə yekunlaşdıraraq paytaxt çempionluğunun sevincini yaşayıblar. Zərif cinsin nümayəndələrindən isə Aytac Quluzadə (44 kq) və Nigar Cəfərova (+78 kq) eyni uğuru təkrarlayıblar.