Xəbərlər


Qadın güləşi üzrə Azərbaycan kuboku keçirilib

Böyüklər arasında keçirilən qadın güləşi üzrə açıq Azərbaycan kubokuna yekun vurulub. Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışa Azərbaycan güləşçiləri ilə yanaşı, Qazaxıstan, Macarıstan və Ukraynadan olan pəhlavanlar da qatılıblar.

Klubumuzun turnirdə mübarizəyə qoşulmuş xanım idmançılarından üçü yarışın mükafatçıları arasında yer alıb. Şəfəq Muradzadə (48 kq) və Almaz İsmayılova (55 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançımız Səbirə Əliyeva (75 kq) isə bürünc medalla kifayətlənməli olub.

Qadın güləşi üzrə Azərbaycan kuboku keçirilibQadın güləşi üzrə Azərbaycan kuboku keçirilibQadın güləşi üzrə Azərbaycan kuboku keçirilib