Xəbərlər


Neftçi İdman Klubu Oyunlara 80 idmançı ilə qatılır

Dörd gündən sonra ölkəmizdə Avropanın ən mötəbər idman yarışı - I Avropa Oyunlarına start veriləcək. Azərbaycanı “Bakı-2015” I Avropa Oyunlarında təmsil edəcək bütün idmançılar artıq məlumdur. Hər zaman ölkənin idman həyatında mühüm rol oynayan “Neftçi İdman Klubu” İctimai Birliyi də 79 idmançı iləilk Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək.“Neftçi İdman Klubu”nun üzvləri atletika, basketbol, çimərlik futbolu, boks, cüdo, güləş, gimnastika, qılıncoynatma, sambo, karate,atıcılıq, üzgüçülük, taekvondo, badminton, voleybol və şosse velosipedi yarışlarında mübarizə aparacaqlar.

İlk Avropa Oyunlarında yarışacaq “Neftçi İdman Klubu”nun atletləri bunlardır:

Atletika - 18 idmançı (12 kişi, 6 qadın): Ryabixin Vadim, Buliçev Valentin, İbrahimov Hakim, Əhmədov İbrahim, Abbasov Arif, Cəbrayılov Elmir, Mehdiyev Asəf, İbadullayev Murad, Babayev Nazim, Əhmədov Azər, Əlizadə Şimşək, Qasımov Orxan, Məmmədova Şəfa, Həsənova Zəkiyyə, Balyanina Valeriya, Salixova Lidiya, Qladkova Yelena, Əliyeva İrada.

3x3 basketbol - 4 idmançı (2 kişi, 2 qadın): Həmzəyev Amil, Niftalıyev Fuad, Deniskina Tatyana, Ulyanova Dina.

Çimərlik futbolu - 3 idmançı (hamısı kişi): Allahquliyev Sabir, İsmayılov Vüsal, Əliyev Ramil.

Boks - 2 idmançı (1 kişi, 1 qadın): Bağırov Pərviz, Ağayeva Anaxanım.

Şosse velosipedi - 2 idmançı (hamısı kişi): Əsədov Elçin, Cəbrayılov Samir.

Qılıncoynatma - 6 idmançı (2 kişi, 4 qadın): Tağıyev Azər, Ağakişiyev Cavanşir, Mikina Sabina, Bünyatova Sevil, Bünyatova Sevinc, İbrahimova Fatimə.

Bədii gimnastika - 1 idmançı (qadın): Mustafayeva Aynur.

Cüdo - 13 idmançı (7 kişi, 6 qadın): Müşkiyev İlqar, Səfərov Orxan, Şıxəlizadə Nicat, Orucov Rüstəm, Qurbanov Ramin, Məmmədov Elxan, Qasımov Elmar, Əliyeva Leyla, Zayirova Səkinə, Qasımova Kifayət, Hüseynova Xanım, Mirzəzadə Validə, İbrahimova Nərgiz.
Paralimpiya cüdo - 3 idmançı (2 kişi, 1 qadın): Zəkiyev İlham, Mislimov Zakir, Abdullayeva Səbinə.

Karate - 1 idmançı (qadın): Səmədli Aytən.

Sambo - 2 idmançı (1 kişi, 1 qadın): Qasımov İslam, Xəlilova Nəzakət.

Atıcılıq - 4 idmançı (2 kişi, 2 qadın): Lunev Ruslan, Məmmədov Rəsul, Aşumova İradə, Səmədova Nərminə.

Üzgüçülük - 2 idmançı (1 kişi, 1 qadın): Fazekaş Dorian, Stisyuk Yuliya.

Taekvondo - 2 idmançı (1 kişi, 1 qadın): Tağızadə Ayxan, Ağakşiyeva Günay.

Voleybol - 7 idmançı (hamısı kişi): Səmədov Pərviz, Çervyakov Aleksey, Cəlalov Fərid, Kovalenko Yevgeniy, Abdullayev Emin, Həsənli Tural, Alışanov Elmin.

Güləş - 8 idmançı (hamısı kişi): Muxtarov Elman, Əliyev Həsən, Çunayev Rəsul, Mürsəliyev Elvin, Nuriyev Orxan, Əliyev Yaşar, Əliyev Hacı, Əsgərov Toğrul.

Badminton - 1 idmançı (kişi): Rzayev Kənan.