Xəbərlər


Cüdoçularımız 15 medal qazandılar

Şağan Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə açıq Bakı birinciliyi başa çatıb. Paytaxt və bölgələrdən 1024 idmançının qatıldığı yarışda cüdoçular iki yaş qrupu üzrə mübarizə aparıblar. 2002-2003-cü il təvəllüdlülərdə 508 (483 oğlan, 25 qız), 2004-2005-ci il təvəllüdlülərdə isə 516 (494 oğlan, 22 qız) cüdoçu qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun cüdoçuları yarışın 15 medalını (3 qızıl, 5 gümüş, 7 bürünc) qazanıblar. 2002-2003-cü il təvəllüdlü oğlanların yarışında Şükran Zamanlı (38 kq) və Çingiz Fəttahov (42 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Namiq Mirzəliyev (38 kq) və Nahid Adıgözəlov (46 kq) isə gümüş medala layiq görülüblər. Qızlar arasında Əsmər İsgəndərova (52 kq) qızıl medala yiyələnib. Mərziyə Sadıqova (48 kq) gümüş, Aysel Camalova (44 kq) və Telli Əliyeva (57 kq) isə bürünc medal əldə ediblər.

2004-2005-ci il təvəllüdlü oğlanlar arasında Əbdülrəhman Qədirov (34 kq) və Sübhan Eyyubov (42 kq) 2-ci, Rauf Mirzəyev (34 kq) isə 3-cü yeri tutub.