Xəbərlər


“Qaradağ Lökbatan” “Kəpəz”i məğlub etdi

Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan” Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz” komandası ilə yoxlama oyununda qüvvəsini sınayıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci hissəsində qapılar toxunulmaz qalıb. Görüşün ikinci hissəsi daha da maraqlı alınıb. "Qaradağ Lökbatan” Gəncə təmsilçisinin qapısına iki dəfə yol tapa bilib. Komandamızın qələbə qollarını Rüfət Məmmədov və Sabir Allahquliyev vurub. Oyunun son dəqiqələrində "Kəpəz" bu qollardan birinin əvəzini çıxıb. Beləliklə, "Qaradağ Lökbatan" Premyer Liqa təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Qaradağ Lökbatan” ötən gün də "Sumqayıt” klubunun əvəzedici heyətini 3 cavabsız qolla məğlub edib.