Xəbərlər


Atletika üzrə Bakı şəhər çempionatı sona çatıb

Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı başa çatıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda "Neftçi İdman Klubu” İB, "Təhsil” RİM, "Spartak” İC, Bakı Təhsil İdarəsi, "Atletika” İK, "Məhsul” İC, "Ümid” İK və ADBTİA-nı təmsil edən 110 atlet bacarığını nümayiş etdirib.

Klubumuzun təmsilçiləri çempionatdakı uğurlu çıxışları ilə diqqət çəkiblər. Belə ki, atletlərimiz paytaxt yarışının 10 medalına (6 qızıl, 4 gümüş) sahib olublar. Onlardan 400 metr məsafəyə qaçışda Arif Abbasov, 800 metr məsafədə Hakim İbrahimov, uzunluğa tullanmada Eyyub Bayramov, 60 metr məsafənin qətində Valentin Bulıçev və hündürlüyə tullanmada Azər Əhmədov qızıl medal qazanıblar. Zərif cinsin nümayəndələri arasında keçirilən yarışda isə Zəkiyyə Həsənova 200 metr məsafədə eyni uğura imza atıb.