Xəbərlər


Yeniyetmə boksçularımızdan 3 medal

Azərbaycan Boks Federasiyasının boks mərkəzində keçirilən Bakı şəhər birinciliyinə yekun vurulub. 2000-2001-ci illər təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışda dəri əlcək ustaları 13 çəki dərəcəsi üzrə mübarizə aparıblar.

"Neftçi İdman Klubu”nun boksçuları paytaxt birinciliyinin 3 medalına yiyələniblər. 52 kq-da çıxış edən Amil İlyasov bütün döyüşlərdən qalib ayrılıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Əflatun Babayev (50 kq) və Əmri Novruzov (66 kq) isə yarışın gümüş medallarına layiq görülüblər.