Xəbərlər


Güləşçilərimiz 19 medal qazandılar

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq-a qədər, yunan-Roma güləşçiləri isə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayıblar.

Üç gün davam edən çempionatda "Neftçi İdman Klubu”nun pəhləvanları da mübarizə aparıblar. Yarışda fəallıqları ilə seçilən idmançılarımız ümumilikdə 19 medala (6 qızıl, 4 gümüş, 9 bürünc) yiyələniblər. Sərbəst güləşçilərdən Mahir Əmiraslanov (57 kq), Cahid Həsənzadə (61 kq) və Ağahüseyn Mustafayev (65 kq) bütün rəqiblərindən üstün olublar və çempionatın qızıl medalını qazanıblar. Yunan-Roma güləşçilərindən isə Taleh Məmmədov (59 kq), Həsən Əliyev (71 kq) və Türmən Eyyubov (98 kq) eyni uğuru təkrarlayıblar.