Xəbərlər


“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır

Klubumuz 2015-ci ildə böyük uğurlara imza atıb

Dövlətimizin bədən tərbiyəsi və idmana göstərdiyi qayğı sayəsində Azərbaycanda idman daha da sürətlə inkişaf etməyə başlayıb. Son illər respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülür, iri layihələr gerçəkləşdirilir. Paytaxtla yanaşı, bu gün respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir ki, bunlar da yüksək səviyyəli idmançılar hazırlamaq imkanına malikdir. Azərbaycan Respublikasının dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidentiİlham Əliyevin rəhbərliyi altında bu sahədə aparılan düşünülmüş, məqsədyönlü dövlət siyasəti, atılan düzgün addımlar sayəsində ölkəmiz Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrilib. Son illər müxtəlif səviyyəli beynəlxalq yarışların respublikamızdakeçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər bunun əyani sübutudur. Ölkəmizin və idmanımızın sürətli inkişafının nəticəsidir ki, ilk Avropa Oyunları da Azərbaycanda keçirildi.

«Neftçi İdman Klubu» idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edir. Belə ki, klub neft, qaz və kimya sənayesinin işçiləri arasında mütəmadi olaraq idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, klub peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfəsini verir.

2015-ci il ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 36 növü üzrə 189 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 900-dən artıq neftçi idmanla məşğul olmuşdur.

«Neftçi İdman Klubu»nun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılmışdır. İl ərzində sözügedən işçilər arasında mini-futbol (Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirlər), voleybol, stolüstü tennis, «Səmti müəyyən etmə» və «Atam, anam və mən» (1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri, eləcə də spartakiadatəşkil olunub keçirilmişdir ki, bu yarışlarda da 1800-ə yaxın neftçi iştirak etmişdir.

İdmanın kütləviləşməsi, sağlam gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli qeyd olunanı isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü) ərəfəsində təşkil olunan spartakiadadır. 2015-ci ildə klubumuz tərəfindən neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadası keçirilmişdir. Yarışa 31 müəssisədən olan komandaların tərkibində 1239 iştirakçı qatılmışdır ki, onlardan da 293-ü qadınlar idi. Spartakiada iştirakçıları 14 idman növü (atletika, mini-futbol, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə mübarizə aparmışlar.

Klubun digər fəaliyyət istiqaməti olan böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də böyük uğurlar əldə edilmişdir. Azərbaycanın müstəqillik dönəmindən indiyə qədər idmançılarımız Atlanta, Sidney, Afina, Pekin və London olimpiadalarında iştirak etmiş və ölkəmizə medallarla dönmüşlər. Bu gün də idmançılarımız bu uğurlu ənənəni davam etdirməkdədirlər. Belə ki, klubun yetirmələri müxtəlif səviyyəli beynəlxalq yarışlarda mütəmadi olaraq, ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı göylərə ucaltmaqda davam edirlər. Təkcə 2015-ci il ərzində idmançılarımız 1812 medal qazanmışlar ki, onlardan da 704-ü qızıl, 473-ü gümüş, 635-i isə bürüncdür.

İyunun 12-dən 28-dək davam edən Bakı-2015 Birinci Avropa Oyunlarında 50 ölkəni təmsil edən 6000-dən çox idmançı 20 idman növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparmışlar.

Azərbaycan komandası Rusiya istisna olmaqla, Avropanın bütün nəhəng ölkələrini qabaqlayaraq bu oyunlarda 56 medal qazanmış və ümumi komanda hesabında 2-ci yeri tutmuşdur. Əldə olunmuş medallardan 21-i qızıl, 15-i gümüş, 20-si isə bürüncdür.

Bakı-2015 ilk Avropa Oyunlarında qazanılan uğurda "Neftçi İdman Klubu”nun təmsilçiləri böyük pay sahibi olmuşlar. Belə ki, oyunlar zamanı idmançılarımıza dəstək məqsədilə klubun əməkdaşları və onların ailə üzvləri, eləcə də idmançılarından ibarət azarkeş qrupları yaradılmışdı. Bu qrupların min nəfər üzvü milli atributların, dövlət bayrağımızın və Avropa Oyunlarının embleminin əks olunduğu idman köynəkləri və baş geyimləri ilə təmin olunmuşdular. Xüsusi forma ilə təmin olunmuş həmin azarkeşlər klubun yarışlarda mübarizə aparan idmançılarını böyük alqış sədaları altında dəstəkləmiş və onları qələbəyə ruhlandırmışlar.

İlk Avropa Oyunlarında Azərbaycan milli komandasının heyətində ən çox yer alan və bu yarışlarda daha çox medal qazanan idmançılar da məhz "Neftçi İdman Klubu”nun yetirmələri olmuşdur. Klubumuz bu mötəbər yarışda 79 idmançı ilə təmsil olunmuşdu. Böyük qürur hissi ilə qeyd etməliyik ki, qazanılan 56 medaldan 16-sı "Neftçi İdman Klubu"nun atletlərinə məxsusdur. Bu medallardan 6-sı qızıl, 5-i gümüş, 5-i isə bürüncdür. Qızıl medallara Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov (hər üçü güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov (boks), İlham Zəkiyev (cüdo, paralimpiya), gümüş medallara Nəzakət Xəlilova, İslam Qasımov (hər ikisi sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova (qılıncoynatma, sablya), Səbinə Abdullayeva (cüdo, paralimpiya), bürünc medallara isə Elman Muxtarov, Həsən Əliyev, Hacı Əliyev (hər üçü güləş), Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (cüdo, paralimpiya) sahib olmuşlar.

Bundan əlavə, yola saldığımız ildə klubun yetirmələrindən ağırlıqqaldıran Boyanka Kostova Avropa və dünya çempionatlarında qızıl medal qazanmaqla bərabər, həm də qitə və dünya rekordlarını yeniləmişdir. Güləşçilərimiz Hacı Əliyev və Rəsul Çunayevin dünya çempionatındakı parlaq qələbələri, atlet Nazim Babayevin gənclər arasında Avropa rekordunu təzələməsi, paralimpiyaçılarımızın Avropa və dünya çempionatlarında çoxsaylı rekordlar vurması da ilin yaddaqalan və böyük uğurlarındandır.

Təsadüfi deyil ki, ilin yekunlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən seçilmiş ilin ən güclü 10 idmançısından 5-i, ilin məşqçilərindən isə 3-ü məhz "Neftçi İdman Klubu”nun təmsilçiləridir.

2015-ci ildə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də yüksək nailiyyətlər əldə olunmuşdur. Belə ki, yüksək liqada çıxış edən kişilərdən ibarət voleybol komandası ölkə çempionu olmuş, futzal komandamız sonuncu Azərbaycan çempionatında 4-cü yerə çıxmışdır.Bundan əlavə, futbol üzrə ölkə çempionatının birinci divizionunda çıxış edən «Qaradağ Lökbatan» komandası çempionatı 4-cü yerdə başa vurmuşdur.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə futbol üzrə dörd yaş qrupunda keçirilən Bakı şəhər klub komanda birinciliyində "Neftçi İdman Klubu” bütün yaş qruplarında təmsil olunmuşdu. Uğurla çıxış edən 1999-cu il təvəllüdlülərdən ibarət komandamız paytaxt birinciliyinin qalibi olmuşdur. «Neftçi İdman Klubu»nun komandaları müxtəlif yaş qruplarında Azərbaycan və Bakı birinciliklərində, eləcə də Bakı Futbol Federasiyasının təşkil etdiyi «Sabahın ulduzları» paytaxt çempionatında çıxışlarını uğurla davam etdirməkdədirlər.

Sadalanan bu uğurlar klubun il ərzində qazandığı nailiyyətlərin cüzi bir hissəsidir. Bütün bu göstəricilər «Neftçi İdman Klubu»nun ölkədə lider idman cəmiyyəti olmasının açıq təzahürüdür. Ancaq biz qazanılan bu uğurlarla kifayətlənmirik. Əksinə, daha uca zirvələrə yüksəlmək üçün bu yolda inamla, əzmlə addımlamaq fikrindəyik.

Hal-hazırda əsas hədəfimiz bu il Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına daha yaxşı hazırlaşmaq və orada ölkəmizi layiqincə təmsil edərək, Vətənə yüksək nailiyyətlərlə dönməkdir. Məqsədimizə çatmaq üçün var gücümüzlə çalışır və bu istiqamətdə bütün qüvvələrimizi səfərbər etmişik.

Təbii ki, bu uğurların əldə olunmasında SOCAR-ın prezidenti Rövnəq Abdullayevin idmançılarımıza mütəmadi olaraq göstərdiyi diqqət və qayğının danılmaz rolu vardır. Məhz onun yaxından köməkliyi sayəsində idmançılarımız üçün uğura aparan yolda hər cür şərait yaradılmışdır. O, "Neftçi İdman Klubu”nun Bakı-2015 birinci Avropa Oyunlarında medal qazanan idmançıları və onların məşqçiləri ilə görüş keçirmişdir. Qazanılan böyük uğur münasibətilə klubun təmsilçilərini təbrik edən şirkət rəhbəri onları pul və xatirə hədiyyələri ilə mükafatlandırmışdır. Bu da Rövnəq Abdullayevin idmançılarımıza göstərdiyi qayğının əyani sübutudur.

 

«Neftçi İdman Klubu» İctimai Birliyinin

2015-ci il ərzində qazandığı medalların sayı haqqında

MƏLUMAT 

YARIŞIN ADI

I YER

 

QIZIL MEDAL

II YER

 

GÜMÜŞ MEDAL

III YER

 

BÜRÜNC MEDAL

CƏMİ

1

 AVROPA OYUNLARI

6

5

5

16

2

 DÜNYA

53

34

39

126

3

 AVROPA

43

18

48

109

4

 BEYNƏLXALQ TURNİRLƏR

98

76

110

284

5

 RESPUBLİKA

249

129

184

562

6

 BAKI

167

111

121

399

7

 DİGƏR YARIŞLAR

88

100

128

316

CƏMİ:

704

473

635

1812

 

“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır
“Neftçi İdman Klubu“ Azərbaycanın lider idman təşkilatıdır