Xəbərlər


Taekvondoçularımız 7 medal qazandılar

"Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında taekvondo üzrə Azərbaycan birinciliyi sona çatıb. Üç gün davam edən yarışda 10 çəki dərəcəsində oğlanlar və qızlar bacarıqlarını nümayiş etdiriblər.

"Neftçi İdman Klubu”nun taekvondoçuları birincilikdən 7 medalla ayrılıblar. Onlardan 45 kq çəkidə çıxış edən Murad Muradov və Ələsgər Əliyev (68 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ceyhun Quliyev (59 kq) gümüş, Aqşin Abdulov (51 kq) və Cavid Əhmədov (73 kq) isə bürünc medala yiyələniblər. Zəriflərin yarışında Leyla Məmmədova (49 kq) 2-ci, Şəbnəm Məmmədli (59 kq) isə 3-cü yerə çıxıb.