Xəbərlər


Rüstəm Orucov “Sportinq”in heyətində bürünc medal qazanıb

"Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov Portuqaliyanın "Sportinq” klubunun heyətində Vyanada keçirilən Qızıl liqa turnirinin bürünc medalına sahib olub. Avropanın ən güclü klublarını bir araya gətirən komanda yarışında "Sportinq” klubu öncə Rusiyanın "Dinamo Alanya” kollektivini məğlub edib – 4:1. Ancaq yarımfinalda Gürcüstanın "Fifhter Tbilisi” klubuna 2:3 hesabı ilə məğlub olub. Portuqaliya komandası 3-cü yer uğrunda görüşdə ev sahiblərinə – "Galaxy Tigers Vienna” klubuna 4:1 hesabı ilə qalib gəlib.

Beləliklə, Rüstəm Orucov şəxsi mükafatlarına "Sportinq”in heyətində qazandığı bürünc medalı da əlavə edib.

Rüstəm Orucov “Sportinq”in heyətində bürünc medal qazanıbRüstəm Orucov “Sportinq”in heyətində bürünc medal qazanıbRüstəm Orucov “Sportinq”in heyətində bürünc medal qazanıb