Xəbərlər


“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi işçilərinin asudə vaxtlarının səmərəli təşkil olunması, onların və ailə üzvlərinin sağlamlıqlarının qorunmasını özünün prioritet məsələsi hesab edir. Elə bu səbəbdən də klub mütəmadi olaraq onları bir araya gətirir və həmin işçilər arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir.

"Neftçi İdman Klubu” bu dəfə neftçiləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş mini-futbol turnirində bir araya gətirdi. Bu, ilin son turniri oldu.

Yarışın keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də mini-futbolun kütləviləşməsinə köməklik göstərilməsi və Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təntənəli qeyd edilməsi idi.

Turnir Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirildi. Dekabrın 14-dən 18-dək davam edən ya­rışda 14 komanda dörd qrupda mübarizə aparırdı: "A” qrupu – "Suraxanı Oyl” Əməliyyat Şirkəti, "Qaz İxrac” İdarəsi, "Neftqaztikinti” Tresti, H.Z.Tağıyev adına NQÇİ, "B” qrupu – İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, "Neftqazelmitədqi­qat­la­­­yi­hə” İnstitutu, Qaz Anbarlarının İstismarı İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, "C” qrupu – Nəqliyyat İdarəsi, "Abşeronneft” NQÇİ, "Siyə­zən­neft” NQÇİ, "D” qrupu – Ekologiya İdarəsi, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi və Maddi-Texniki Təc­hizat İdarəsi.

Qaydaya görə, hər yarımqrupdan ilk iki yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanırdı. Buna "A” qrupundan "Suraxanı Oyl” və "Qaz İxrac” İdarəsi, "B” qrupundan İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə Heydər Əliyev adına Neft Emalı Zavodu, "C” qrupundan Nəqliyyat İdarəsi və "Siyəzənneft” NQÇİ, "D” qrupundan isə Ekologiya İdarəsi ilə Maddi-Texniki Təchizat İdarəsi müvəffəq oldular. Adıçəkilən müəssisələr arasında "Qaz İxrac” İdarəsi, "Suraxanı Oyl”, Nəqliyyat İdarəsi və Ekologiya İdarəsinin komandaları yarımfinala yüksəldilər. Bu mərhələdə daha güclü təsir bağışlayan "Suraxanı Oyl” və "Qaz İxrac” idarələrinin komandaları qələbə qazandılar və finala vəsiqə əldə etdilər. Üçüncü yer uğrunda mübarizədə "Nəqliyyat” və "Ekologiya” komandaları üz-üzə gəldilər. Oyunun əsas vaxtında hesab 2:2 olduğundan on bir metrlik cərimə zərbələrinə müraciət olundu. Nəticədə "Ekologiya” 5:4 hesabıyla qalib gəldi. Həlledici final qarşılaşmasında isə "Qaz İxrac” və "Suraxanı Oyl” komandaları görüşdülər. Hər iki komanda axıra qədər əzmlə mübarizə apardı. Ancaq "Suraxanı Oyl”un rəqibindən bir qədər üstün oyun nümayiş etdirməsi, futbolçuların daha dəqiq ötürmələrlə oynaması sonda öz bəhrəsini verdi və bu komanda final yarışını 1:0 hesabı ilə öndə tamamladı.

Beləliklə, "Suraxanı Oyl” Əməliyyat Şirkətinin komandası mini-futbol turnirinin qalibi adını qazandı. "Qaz İxrac” İdarəsi 2-ci, Ekologiya İdarəsinin komandası isə 3-cü yeri tutdu.

Bundan əlavə, "Neftçi İdman Klubu” "ən yaxşı oyunçu”, "ən məhsuldar oyunçu” və "ən yaxşı qapıçı” nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Xanoğlan Həsənov ("Suraxanı Oyl”), Pərviz Əliyev ("Qaz İxrac” İdarəsi) və Sərdar Eyyubov (Ekologiya İdarəsi) layiq görüldülər.

Turnirin sonunda təşkil olunan mükafatlandırma mərasimində "Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək yarış iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından təbrik etdi. Onlara turnirdə göstərdikləri fəallığa görə dərin minnətdarlığını bildirən natiq, yarış iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar dilədi. Sonra o, qalib komandaları qələbə münasibətilə təbrik etdi.

"Neftçi İdman Klubu” 1-ci, 2-ci və 3-cü yerləri tutmuş komandaları kubok, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırdı. Bundan əlavə, nominasiya qaliblərinə də diplom və hədiyyələr təqdim olundu.
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi
“Neftçi İdman Klubu” mini-futbol turniri keçirdi