Xəbərlər


Cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Dekabrın 16-da Bakı İdman Sarayında startı verilmiş yeniyetmə cüdoçuların respublika birinciliyinə yekun vurulub. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 500-ə yaxın idmançı qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun yetirmələri birinciliyin sonuncu günündə daha 2 medal qazanıblar. 73 kq çəki dərəcəsində mübarizə aparan Kərim Məmmədov finala qədər maneəsiz irəliləyib. Həlledici mərhələdə məğlub olan təmsilçimiz gümüş medala layiq görülüb. Klubun digər cüdoçusu Abdulla İsmayılov (90 kq) isə fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Neftçi İdman Klubu”nun yeniyetmə cüdoçuları ölkə birinciliyinin əvvəlki günlərində 3 qızıl, 4 gümüş və 6 bürünc medala sahib olmuşdular.

Beləliklə, cüdoçularımız ümumilikdə yarışın 15 medalına yiyələniblər.