Xəbərlər


Sadıq Sadıqov ilin idman xadimi seçildi

Bu gün İdman Araşdırmalar Mərkəzinin 2015-ci ilin yekunlarına həsr olunan "İlin Qalibləri" layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.

"Report"un informasiya dəstəyi ilə "Qafqaz Point" otelində təşkil olunan mərasimdə 8 nominasiya üzrə qaliblər mükafatlandırılıblar.

Qaliblər bunlar olub:

"İlin idman xadimi": Sadıq Sadıqov ("Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri ("Bakı 2015" I Avropa Oyunlarında "Neftçi İdman Klubu"nun digər klublardan çox - 16 idmançısı medal qazandığı üçün)

"İlin futbolçusu": Rahid Əmirquliyev - "Xəzər Lənkəran"ın kapitanı, Azərbaycan milli komandasının üzvü (2015-ci ildə millidə ən çox oyun keçirdiyi üçün)

"İlin idmançısı" (digər növlər üzrə): Rəsul Çunayev (yunan-Roma güləşçisi, "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionu)

"İlin əcnəbi futbolçusu" (bütün növlər üzrə):Riçard Almeyda - "Qarabağ" futbol komandasının braziliyalı futbolçusu (Komandanın Azərbaycan Premyer Liqasının qalibi, ölkə kubokunun sahibi olmasında və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasındakı xüsusi roluna görə)

"İlin komandası" (futbol və digər növlər üzrə):"Qəbələ" futbol komandası (Azərbaycan Premyer Liqasında bürünc medal və tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün),Yunan-Roma güləşi üzrə komanda (Dünya Kubokunun qalibi olduğu üçün)

"İlin baş məşqçisi" (futbol və digər növlər üzrə):Roman Qriqorçuk ("Qəbələ"yə bürünc medal və klub tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandırdığı üçün), Cəmşid Xeyrəbadi (Yunan-Roma güləşi üzrə Azərbaycan millisi "Bakı 2015" I Avropa Oyunlarında, Dünya Kubokunda və dünya çempionatında yüksək nəticələr göstərdiyi üçün)

"İlin mətbuat katibi" (futbol və digər növlər üzrə): Anar Hacıyev ("Qəbələ"), Mayis Musayev (Azərbaycan Güləş Federasiyası)

"İlin idman jurnalisti": İlkin Fikrətoğlu (ATV)

Həmçinin, idman jurnalistləri arasında münasibətlərin möhkəmləndirilməsindəki xidmətlərinə görə tanınmış jurnalist Mehman Süleymanova "Həmrəylik Kuboku" təqdim edilib, eləcə də ÇEMPİON yarışmasının qalibi Vüsal Süleymanov təltif olunub.