Xəbərlər

Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi davam edir

Dekabrın 16-da Bakı İdman Sarayında start götürmüş cüdo üzrə yeniyetmələr arasında respublika birinciliyi davam edir. Yarışda ölkənin müxtəlif bölgələrindən 500-ə yaxın idmançı mübarizə aparır.

Ölkə birinciliyinə "Neftçi İdman Klubu”nun cüdoçuları da qatılıblar və uğurlu çıxışlarını davam etdirirlər. Yarışın ilk günündə oğlanlar arasında Murad İbrahimov (46 kq) və İbrahim Əliyev (60 kq) bürünc medallara layiq görülüblər. Qızların yarışında Nigar Cəfərova (+70 kq) bütün rəqiblərini məğlub edərək çempionluq sevinci yaşayıb. Yalnız finalda məğlubiyyət görən Ülviyyə Bayramova (48 kq), Fəridə Səfərova (52 kq) və Fidan Hüseynova (63 kq) gümüş, Aytac Quluzadə (40 kq), Şərqiyyə Heydərova (44 kq), Fəridə Hüseynova, Naciyə Hüseynova (hər ikisi 52 kq) və Məleykə Məmmədova (57 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, ölkə birinciliyi dekabrın 18-dək davam edəcək. 

Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi davam edirYeniyetmə cüdoçuların Azərbaycan birinciliyi davam edirYeniyetmə cüdoçuların Azərbaycan birinciliyi davam edirYeniyetmə cüdoçuların Azərbaycan birinciliyi davam edir