Xəbərlər


Sabina Mikina Bostonda bürünc medal qazandı

ABŞ-ın Boston şəhərində qılıncoynatma üzrə Qran-Pri yarışları keçirilib.

"Neftçi İdman Klubu”nun təmsilçisi Sabina Mikina yarışda ölkəmizi layiqincə təmsil edib və böyük uğura imza atıb. İdmançımız qılıncoynatmanın sablya növündə çıxış edib və bürünc medala layiq görülüb. Ardıcıl olaraq kanadalı Ponik Marisso (15:10), Polşa təmsilçisi Jorviak Begna (15:13), ispaniyalı Martin-Portuques Luçia (15:14) və fransalı Balzev Sara (15:11) üzərində qələbə qazanan sablyaçımız yarımfinala yüksəlib. Bu mərhələdə Rusiya idmançısı Viktoriya Kovalyova ilə üz-üzə gələn Mikina məğlub olub (8:15) və üçüncü yeri tutub.

Sabina Mikina Bostonda bürünc medal qazandı