Xəbərlər


Rəsul Çunayev yenə liderdir

Dünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma üzrə yeni reytinq siyahısını açıqlayıb.

"Neftçi İdman Klubu”nun yetirməsi, Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən dünya çempionatının qalibi Rəsul Çunayev (71 kq) reytinq cədvəlindəki liderliyini qoruyub. Klubun daha bir güləşçisi, son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov (59 kq) da öz mövqeyini qoruya bilib. O, yenə də reytinq siyahısının 2-ci pilləsində qərarlaşıb. Bundan başqa, daha 3 idmançımız ilk onluqda yer alıb. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.