Xəbərlər


Taekvondoçularımız dünya kubokuna sahib oldular

Meksikanın Mexiko şəhərində taekvondo üzrə milli komandalar arasında dünya kuboku keçirilib. Dünya Taekvondo Federasiyası tərəfindən təşkil olunan yarışda kişilərdən ibarət yığma komandamız böyük uğura imza atıb.

İlk görüşdə Belçika yığmasına 57:31 hesabı ilə qalib gələn milli komandamız növbəti görüşdə Özbəkistan yığması ilə qarşılaşıb. Rəqibinə 31:11 hesablı məğlubiyyət acısı yaşadan taekvondoçularımız qrup lideri kimi yarımfinala yüksəliblər. Bu mərhələdə Cənubi Koreya təmsilçiləri ilə görüşən yığmamız yenə üstün olub – 48:30. Bununla da finala vəsiqəni təmin edən millimiz həlledici döyüşdə İran komandası ilə qarşılaşıb. Güclü rəqibi üzərində inamlı qələbə qazanan (42:23) komandamız dünya kubokuna sahib olub. Cənubi Koreya və Rusiya komandaları isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, yığma komandamızın möhtəşəm qələbə qazanmasında "Neftçi İdman Klubu”nun yetirmələri böyük pay sahibi olublar. Belə ki, Gündüz Abdullayevin millinin heyətində yer almış yetirmələrindən Ayxan Tağızadə və Səid Quliyev komandamızın uğur qazanması üçün böyük əzmkarlıq nümayiş etdiriblər.

Taekvondoçularımız dünya kubokuna sahib oldularTaekvondoçularımız dünya kubokuna sahib oldularTaekvondoçularımız dünya kubokuna sahib oldular