Xəbərlər


Cüdoçumuz Yaponiyada bürünc medal qazandı

Tokioda keçirilən cüdo üzrə "Böyük dəbilqə” yarışının üçüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Millimizi 100 kq çəki dərəcəsində təmsil edən "Neftçi İdman Klubu”nun üzvü Elmar Qasımov turnirin bürünc medalına sahib olub.

Qasımov ilk görüşündə tatami sahibi Aaron Volfu məğlub edib. Növbəti qarşılaşmalarda cüdoçumuz almaniyalı Dino Pfeyfferi, daha sonra isə kubalı Joz Armenter üzərində qələbə qazanıb. Yarımfinalda isə, o, yaponiyalı dünya çempionu Haqa Rinosukeyə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Elmar Qasımov bu mərhələdə Qazaxıstan təmsilçisi Maksim Rakova qalib gələrək "Böyük dəbilqə”nin bürünc medalını qazanıb.

"Neftçi İdman Klubu”nun digər təmsilçisi Elxan Məmmədov isə məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.

Beləliklə, yarışa cəmi iki cüdoçu ilə qatilan milli komandamız Yaponiyada medal sevinci yaşamağı bacarıb.