Xəbərlər


Pauerliftinqçilərimiz Egerdə daha 2 medal qazandılar

Xəbər veridiyimiz kimi, Macarıstanın Eger şəhərində paralimpiyaçılar arasında keçirilən pauerliftinq üzrə açıq Avropa çempionatına yekun vurulub. Bu yarışda mübarizə aparan Azərbaycan idmançıları artıq vətənə qayıdıblar.

Lisenziya xarakterli turnirdə "Neftçi İdman Klubu”nun yetirmələri 3 medala sahib olublar. 88 kq çəki dərəcəsində mübarizə aparan Gündüz İsmayılov 196 kq ağırlığın öhdəsindən gələrək 4-cü dəfə Avropa çempionu olub. Qeyd edək ki, pauerliftinqçimiz 2000-ci ildə Sidneydə keçirilən Yay Paralimpiya Oyunlarının qalibi, dördqat Avropa və dördqat dünya rekordçusudur. Digər paralimpiyaçımız Elşən Hüseynov (107 kq) isə hakimlərin səhvi ucbatından Avropa çempionatının gümüş medalına layiq görülüb. Ancaq buna baxmayaraq, təmsilçimiz sonda öz sözünü deməyi bacarıb. Belə ki, Hüseynov 243 kq nəticə göstərərək dünya rekordunu yeniləyib və gələn il Rio de Janeyroda keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Klubumuzun daha bir idmançısı Ahməd Razm Azər (65 kq) 174 kq nəticə ilə bürünc medala yiyələnib.

Pauerliftinqçilərimiz Egerdə daha 2 medal qazandılarPauerliftinqçilərimiz Egerdə daha 2 medal qazandılarPauerliftinqçilərimiz Egerdə daha 2 medal qazandılarPauerliftinqçilərimiz Egerdə daha 2 medal qazandılar
Pauerliftinqçilərimiz Egerdə daha 2 medal qazandılar
Pauerliftinqçilərimiz Egerdə daha 2 medal qazandılar