Xəbərlər


“Qızıl Qran-Pri” sona çatdı

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri” beynəlxalq turnirinə yekun vurulub. Bakı İdman Sarayında təşkil olunan yarışda 41 ölkədən 450-dək pəhləvan mübarizə aparıb.

Azərbaycan güləşçiləri beynəlxalq turnirin ümumilikdə 21 medalını (5 qızıl, 8 gümüş, 8 bürünc) qazanıblar.

"Neftçi İdman Klubu”nun təmsilçiləri bu uğurun qazanılmasında böyük pay sahibi olublar. Belə ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (61 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Toğrul Əsgərov (70 kq) isə gümüş medala layiq görülüb. Yunan-Roma güləşçiləri arasında keçirilən yarışda isə klubun pəhləvanlarından Həsən Əliyev (66 kq), Elvin Mürsəliyev (80 kq) və İslam Abbasov (85 kq) "Qızıl Qran-Pri”nin bürünc medallarına sahib çıxıblar.